Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub.
KONKRET.az xəbər verir ki, bu barədə həkimin fəaliyyət göstərdiyi Yeni Gəncə Tibb Mərkəzi sosial şəbəkədə məlumat yayıb.
Məlumatda bildirilib ki, bir müddətdir, koronavirus infeksiyasından Bakıda xüsusi təyinatlı xəstəxanada müalicə alan 1970-ci il təvəllüdlü travmatoloq ortoped Mehman Hüseynov dünən vəfat edib.
Qeyd edək ki, M. Hüseynov Gəncədə koronavirus səbəbindən dünyasını dəyişən üçüncü həkimdir.
Allah rəhmət etsin!

