Azərbaycanda dedi-qodu yayanları 800 manat cərimə gözləyir? – Ekspertdən AÇIQLAMAbackend

Azərbaycanda dedi-qodu yayanları 800 manat cərimə gözləyir? – Ekspertdən AÇIQLAMA

Özbəkistanda dedi-qodu yayan, başqalarının şəxsi həyatına müdaxilə edən və əsassız məlumatlarla insanların nüfuzuna xələl gətirən şəxslərin cərimələnməsi ilə bağlı müzakirələr gündəmə gəlib. Təklif edilən 800 manat ekvivalentində cərimə bu məsələnin cəmiyyətdə yenidən müzakirəsinə səbəb olub.

Bəs Azərbaycanda da insanların şəxsi həyatına müdaxilə edən, sosial şəbəkələrdə əsassız söz-söhbətlər yayan və başqalarının ailə münasibətlərinə zərər vuran şəxslərə qarşı oxşar cəzaların tətbiqinə ehtiyac varmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı hesab edir ki, Azərbaycanda da bu sahədə ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, xüsusilə sosial şəbəkələrdə yayılan dedi-qodular ailə institutuna və insanların şəxsi həyatına ciddi zərbə vurur.

Bakıda nəqliyyat böhranı nə vaxta qədər davam edəcək? | KONKRET

O, bildirib ki, başqalarının şəxsi həyatına müdaxilə edən şəxslərə qarşı daha sərt cəza tədbirlərinin tətbiqini dəstəkləyir:

“Ümumiyyətlə, şəxsi həyatın qorunması çox vacib məsələdir. Azərbaycanda həm ailə institutunda, həm də digər sahələrdə bu istiqamətdə ciddi problemlər yaranır. Bunu xüsusilə sosial şəbəkələrdə daha çox müşahidə edirik. Ona görə də nəinki 800 manat, hətta daha yüksək məbləğdə cərimələrin və daha sərt cəzaların tətbiqinin tərəfdarıyam.

Hər bir ölkədə bu məsələ kifayət qədər ciddi problemlərə yol açır və çox həssas xarakter daşıyır. Bu baxımdan, Özbəkistanda müzakirə olunan təşəbbüsü dəstəkləyirəm. Ümid edirəm ki, Azərbaycanda da bu istiqamətdə daha ciddi müzakirələr aparılar və nəticədə müvafiq qərar qəbul edilər. Çünki hesab edirəm ki, başqa alternativ yoxdur.

Hər bir insan bu dünyaya ilk növbədə öz həyatını yaşamaq üçün gəlir. Başqalarının həyatına müdaxilə etməməli, onların şəxsi işlərinə qarışmamalıdır. Hər kəs öz həyatını yaşamalı və bunu dərk etməlidir”.

Ekspertin fikrincə, Özbəkistanda müzakirə edilən təşəbbüsün yekunda qanunvericilik səviyyəsində qəbul edilib-edilməyəcəyini indidən söyləmək çətindir. Bununla belə, onun sözlərinə görə, məsələnin müzakirəyə çıxarılması özü müsbət addımdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*