Gecə saatlarında Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb. Lənkəran şəhər sakini 37 yaşlı Vüsal Babayevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı rabitə dirəyinə çırpılıb, sonra isə kanala düşüb.
KONKRET.az xəbər verir ki, nəticədə avtomobildə olan Vüsal Babayev və oğlu xəsarət alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Amma Vüsal Babayev xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Vüsal Babayev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin keçmiş inispektoru olub.
