Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlandıbackend

Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlandı

Hazırda Azərbaycanda 498442 nəfər əlilliyi olan şəxs var.

KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 43498 nəfəri 18 yaşadək olanlar, yəni uşaqlar, qalan hissəsi yaşı 18 və yuxarı olanlardır.

“Əlilliyi olan şəxslər əlilliyə görə aylıq pensiya və ya aylıq sosial müavinətlə təmin edilir. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslər, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər əlilliyə görə pensiya və ya aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə, həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə və əlilliyi olan uşaqlara qulluq edənlər də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər”, – nazirlikdən bildirilib.

Həmçinin, əlavə edilib ki, 2018-2025-ci illərdə icra olunan 5 sosial islahat paketi nəticəsində minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiyada 2,6 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib.

Qeyd edək ki, 3 dekabr – Beynəlxalq Əlillər Günüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*