Azərbaycanda əsgər özünü güllələdi – RƏSMİ – SON DƏQİQƏ!backend

Azərbaycanda əsgər özünü güllələdi - RƏSMİ - SON DƏQİQƏ!

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.

KONKRET.az xəbər verir ki, Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov “report”un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.

Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*