Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər.
KONKRET.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib. Nazir müavini bildirib ki, idxal hesabına qarşılanan heyvandarlıq və quşçuluq məhsullarının ölkə daxilində istehsalını artırmaq əsas məqsəd hesab olunur.
Onun sözlərinə görə, 2021-2025-ci illərin müqayisəsi göstərir ki, adambaşına quş əti istehlakında artım qeydə alınıb. Eyni tendensiya mal əti istehlakında da müşahidə olunur. Ət istehsalının maya dəyərinin uyğun səviyyədə formalaşdırılması hesabına bazarda sabitlik yaranacağını düşünürük, – deyə Zaur Əliyev qeyd edib.
Nazir müavini diqqətə çatdırıb ki, Dövlət Proqramının icrası nəticəsində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində yaradılan ümumi daxili məhsulun 2026-2030-cu illər üzrə orta illik artımı ən azı 2.0% təşkil edəcəyi eyni zamanda, kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının həcminin orta illik 6% artacağı gözlənilir. O, həmçinin qeyd edib ki, müüasir suvarma sistemləri tətbiq olunan sahələrinin 2030-cu ildə 130 min hektardan 300 min hektara çatdırılması proqnozlaşdırılır.
Daha ətraflı videoda:
