Azərbaycanda güllələnmə: Bir nəfər öldübackend

Azərbaycanda güllələnmə: Bir nəfər öldü

Gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi olub.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Famil Lətifov yaşadığı evin həyətində ov tüfəngi ilə qətlə yetirilib.

Qətldə 1966-cı il təvəllüdlü Natiq Sadıqov şübhəli bilinir. Onun sərxoş vəziyyətdə keçmiş kürəkənini yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində öldürdüyü deyilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*