Azərbaycanda illik inflyasiya faizi açıqlandı – RƏSMİbackend

Azərbaycanda illik inflyasiya faizi açıqlandı - RƏSMİ

“Bu ilin sonuna qədər Azərbaycanda illik inflyasiya 3-3,5% intervalında formalaşacaq”.

KONKRET.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun inflyasiya proqnozu dəyişməyib.

E.Rüstəmov Azərbaycanın valyuta ehtiyatları barədə də danışıb və bu rəqəmin 51 milyard ABŞ dollarını keçdiyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*