Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradıldı, tərkibi təsdiqləndibackend

Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradıldı, tərkibi təsdiqləndi

Nazirlər Kabineti Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının yaradılması, “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi”nin təsdiq edilməsi barədə qərar verirb.

KONKRET.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurası yaradılıb.

“Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi” və tərkibi təsdiq edilib.

Bu barədə Nazirlər Kabineti qərar verib.

Qərara əsasən Kosmik Məsələlər üzrə Şurasının tərkibi aşağıdakı kimidir:

1. İqtisadiyyat naziri

2. Fövqəladə Hallar naziri

3. Maliyyə naziri

4. Kənd Təsərrüfatı naziri

5. Ekologiya və Təbii Sərvətlər naziri

6. Milli Aviasiya Akademiyasının rektoru

7. Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru

8. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

9. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri

10. Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru

11. Milli Aviasiya Akademiyasının aviakosmik məsələlər üzrə məsləhətçisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*