Azərbaycanda məşhur meyxanaçı qəzaya düşdü: Xəstəxanaya aparıldı – FOTObackend

Azərbaycanda məşhur meyxanaçı qəzaya düşdü: Xəstəxanaya aparıldı - FOTO

Azərbaycanda tanınmış meyxanaçı qəzaya düşüb.

KONKRET.az manset.az-a istinadən xəbər verir ki, meyxanaçı Bəxtiyar Salayev (Corat) Bakı-Quba yolunda avtomobillə qəza keçirib.

O, Təcili Tibbi Yardımla dövlət xəstəxanalarının birinə aparılıb. Ona ilkin yardım göstərildikdən sonra müalicəsini ambulator qaydada davam etdirmək üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bəxtiyar Corat bağlanmış ANS Televiziyasında meyxana yarışmasının iştirakçısı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*