Azərbaycanda hoteldə ölən və yaralananların ADLARI – RƏSMİ / YENİLƏNİBbackend

Azərbaycanda hoteldə ölən və yaralananların ADLARI - RƏSMİ / YENİLƏNİB

Qusar Rayon Prokurorluğu “Park Qusar” hotelindəki dəhşətli yanğınla bağlı məlumat yayıb. 

KONKRET.az xəbər verir ki, prokurorluq əməkdaşları dərhal hadisə yerinə baxış keçirib, zəruri istintaq hərəkətləri aparılıb.

İlkin ehtimala əsasən yanğın istirahət mərkəzində yerləşən kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verib.

Aparılmış araşdırma zamanı yanğın nəticəsində 4 nəfər şəxsin – 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev (bir ailənin üzvləri) və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, yanğın zamanı 6 nəfər şəxs – 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü  Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıb.

Xəsarət alanlar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib.

Hazırda vəziyyətləri stabildir.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

09:36

Qusarda Şahdağ turizm mərkəzinin yaxınlığında yerləşən otellərdən birində yanğın olub.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, otel ərazisindəki koteclərdən birində qeydə alınan yanğın zamanı 4 nəfər vəfat edib.

Ölənlər Babayev Emin, Babayev Rauf və Babayeva Zülfiyyə (bir ailənin üzvü) və Babaşov Rüstəmdir.Yanğın zamanı digər koteclərdə olan 6 nəfər isə xəsarət alıb.

Polis əməkdaşlarının keçirdiyi təhlükəsizlik tədbirləri nəticəsində faciənin miqyasının genişlənməsinin qarşısı alınıb.

Hadisə yerinə aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*