Azərbaycanda polis həmkarını vurub öldürdü – RƏSMİbackend

Azərbaycanda polis həmkarını vurub öldürdü - RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə polis əməkdaşın öldüyü yol qəzasına aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bu qəza respublika ərazisində hər gün baş verən yol nəqliyyat hadisələrindən biridir:

“Bu gün səhər saat 07:00 radələrində Gəncə şəhər Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri Fərhad Abdullayev avtobusdan düşüb yolu keçərkən həmin yolda hərəkətdə olan Yol Patrul Xidmətinə (YPX) məxsus avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Bəzi sosial şəbəkə istifadəçiləri yol-nəqliyyat hadisəsinin başvermə səbəbi barədə yalan və əsassız iddialar səsləndirirlər. Bir daha qeyd edirik ki, bu hadisə də hər gün rastlaşdığımız yol-nəqliyyat hadisələrindən biridir. Təəssüf ki, bu yol-nəqliyyat hadisəsində həlak olan bizim əməkdaşlarımızdan biri olub”.

  • Arif
    Mart 13, 2020 - 12:58

    Biz nə yazdığımıza fikir versək yaxşı olar. Necə yəni təəssüf ki polis ölüb. Başqa adamı öldürmək olar deməli. Tərbiyəmiz hər bir sahədə çatışmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*