Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradıldıbackend

Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradıldı

Azərbaycanda Rusiya-Azərbaycan işgüzar şuralarının əməkdaşlığı çərçivəsində turizm alyansı yaradılıb.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının Bakıda keçirilən iclasında qurumun İdarə Heyətinin sədri Səməd Qurbanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərəcək yeni alyansa “PAŞA Travel” şirkətinin icraçı direktoru Anar Rəhmanov başçılıq edəcək, həmçinin Azərbaycan-Rusiya İşgüzar Şurasının Turizm Komissiyasının da iclası gələn ilin əvvəllərində keçiriləcək.

S.Qurbanov iki ölkə arasında əməkdaşlığın inkişafında, ticarət dövriyyəsinin artmasında Şuranın fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*