Azərbaycanda taksi qiymətləri artacaq? – REAL YANAŞMAbackend

Azərbaycanda taksi qiymətləri artacaq? - REAL YANAŞMA

Taksi icazələrinin sayının 25 minlə məhdudlaşdırılması qərarı cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Bəzi ekspertlər bu addımın gələcəkdə taksi qiymətlərinin artımına gətirib çıxara biləcəyini düşünürlər. Bəs, real vəziyyətdə bu ehtimal nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hələlik bu qərarın bazarda ciddi təsiri gözlənilmir.

İkinci əl avtomobil alanlara VACİB TÖVSİYƏ: “Bunları etməsəniz, başınız ağrıyacaq” | KONKRET

Ekspertin sözlərinə görə, taksi sayı yaxın müddətdə azalmaq ehtimalı yoxdur:

“Hazırda taksilərin sayı əvvəlki kimi qalacaq və bu vəziyyət uzun müddət davam edəcək. Taksilərin sayında azalma baş vermədiyinə görə, qiymətlərdə də kəskin artım müşahidə olunmayacaq,” – deyə Cəfərov qeyd edib.

Onun fikrincə, qiymət dəyişiklikləri ancaq taksi icazələrinin real azalması və sərnişin tələbinin əhəmiyyətli dərəcədə artması halında mümkündür.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*