Türkiyədə PUA partladı – 4 evə ziyan dəydi, nəhəng çuxur yarandıbackend

Türkiyədə PUA partladı - 4 evə ziyan dəydi, nəhəng çuxur yarandı

Türkiyənin Rizə əyalətində ötən gecə çay plantasiyasında ehtimal ki, pilotsuz uçuş aparatının düşməsi nəticəsində partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisə gecə saatlarında Çayeli rayonunun Köprübaşı kəndində baş verib. Yerli sakinlər yaxınlaşan uçuş aparatının pər səsini eşidiblər. Aparat yaşayış olmayan əraziyə düşərək partlayıb.

Hadisə yerində böyük çuxur əmələ gəlib, yaxınlıqdakı dörd evin pəncərələri sınıb, lakin xəsarət alan olmayıb.

Hadisə yerli vaxtla saat 01:30-da (Bakı vaxtı ilə 02:30) baş verib və sakinlər arasında təşvişə səbəb olub.

Hadisə yerində aparatın qanad və gövdə qalıqları aşkarlanaraq ekspertizaya göndərilib.

Polis partlayıcı maddələrin qalma ehtimalına görə ərazini mühasirəyə alıb. Faktla bağlı araşdırma aparılır.

Bölgədə hava məkanının təhlükəsizliyi və naməlum uçuş aparatlarının marşrutları ilə bağlı artan həssaslıq fonunda hüquq-mühafizə və müvafiq dövlət qurumları qurğunun növünü, buraxılış istiqamətini və partlayışın dəqiq səbəblərini müəyyənləşdirmək üçün tədbirlər görür.

Təhlükəsizlik qüvvələrinin ərazidəki yoxlamaları və ətrafdakı evlərə dəyən maddi ziyanın qiymətləndirilməsi davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*