Rusiyada ictimai nəqliyyatda uşaqlar üçün GÜZƏŞTLƏR – YENİLİK backend

Rusiyada ictimai nəqliyyatda uşaqlar üçün GÜZƏŞTLƏR - YENİLİK 

Rusiyada uşaqlar üçün nəqliyyatda tətbiq edilən güzəştlərin rəsmiləşdirilməsi sadələşdiriləcək. Güzəştli biletlərin əldə olunması prosesinin elektronlaşdırılması nəzərdə tutulur.

KONKRET.az xəbər verir ki, Rusiyanın nəqliyyat naziri Dmitri Yadrov TASS-a açıqlamasında güzəştlərin elektron qaydada əldə edilməsinin genişləndiriləcəyini bildirib:

“Artıq “Aeroflot” və S7 aviaşirkətlərində uşaqlar üçün güzəştli biletləri kağız arayış təqdim etmədən onlayn almaq mümkündür. Bu təcrübənin digər daşıyıcılarda da tətbiqi nəzərdə tutulur”.

Nazirin sözlərinə görə, Rusiyada hazırda dəmir yolu nəqliyyatında hər beş sərnişindən biri, aviasiyada hər yeddinci sərnişin, şəhər nəqliyyatında isə hər doqquzuncu sərnişin uşaqdır.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*