Azərbaycanda tanınmış biznesmen faciəvi şəkildə öldü – Dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİbackend

Azərbaycanda tanınmış biznesmen faciəvi şəkildə öldü - Dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Bu gün Xaçmaz rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Xaçmaz-Quba yolunun Armudpadar kəndindən keçən hissəsində “Toyota Prado” markalı minik avtomobili yük maşınına çırpılıb.

Nəticədə “Toyota Prado”nun sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov və sərnişini, 1985-ci il təvəllüdlü Zaur Quliyev aldıqları xəsarətlərdən vəfat ediblər.

Qeyd edək ki, qəzada vəfat edən C.Güləhmədov şimal bölgəsində geniş fəaliyyət göstərən iş adamlarından olub və “Şahdağ Cəlil” adı ilə tanınıb. O, özünə məxsus mağazalar vasitəsilə topdan satış fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*