İmişli rayonunun Boşcalılar kənd sakinləri arasında yaranan insidentin görüntüləri yayılıb.
KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülər kənd sakinləri arasında torpaq mübahisəsini əks etdirir.
“Tərəflər arasında yaranan insidentlə bağlı polis şöbəsində araşdırma aparılır”, – deyə açıqlamada bildirilib.