Azərbaycanda üç oğlan 16 yaşlı qızı qaçırdıbackend

Azərbaycanda üç oğlan 16 yaşlı qızı qaçırdı

İmişli rayonunda adam oğurluğu hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonda 20 yaşlı S. Qurbanov, 31 yaşlı Z. Ağayev və 30 yaşlı B. Ağayev rayon sakini 16 yaşlı T. M.-i yaşadığı evdən zorla oğurlayaraq aparıblar.

İlkin məlumata görə, yeniyetməni qaçıranlardan birinin onunla ailə qurmaq məqsədi olub.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyətmə tapılaraq ailəsinə qaytarılıb. Onu qaçıran şəxslər isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*