Azərbaycandakı səhmdar cəmiyyətlərindən birinin sahibi dəyişdibackend

Azərbaycandakı səhmdar cəmiyyətlərindən birinin sahibi dəyişdi

“Bakı Fond Birjası” QSC-də “Sabunçu Sənaye İstehsal” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.

KONKRET.az Birjaya istinadən xəbər verir ki, əqd səhmdar cəmiyyətinin dövriyyədəki hər birinin nominal dəyəri 2 manat olan 626 221 ədəd səhmindən 516 436 ədədinin və yaxud 82,5%-nin realizə edilməsini nəzərdə tutur.

Bu isə faktiki olaraq müəssisənin sahibinin dəyişməsi deməkdir.

Xatırladaq ki, “Sabunçu Sənaye İstehsal” 2003-cü ildə yaradılıb. Səhmdar cəmiyyəti adından da göründüyü kimi Bakının Sabunçu rayonunda – Bakıxanov qəsəbəsində yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*