Azərbaycandan Türkiyəyə getmək istəyənlər bilet tapa bilmir – VİDEObackend

Azərbaycandan Türkiyəyə getmək istəyənlər bilet tapa bilmir - VİDEO

Aylardır evlərinə gedə bilməyən Türkiyə vətəndaşlarının səbr kasası daşıb.

KONKRET.az xəbər verir ki, bu gün “Türk Hava Yolları”nın ofisinin qarşısında toplaşan vətəndaşların etirazı bilet çatışmazlığınadır. Belə ki, şirkət tərəfindən onların bir hissəsi çarter reysləri ilə vətənlərinə dönsə də, 300-ə yaxın şəxs, hələ də Azərbaycanda qalıb. Şikayətçilərin sözlərinə görə, iki gün əvvəl şirkətdən bu gün çarter reysinin təşkil olunacağı barədə məlumat verilsə də, onlara bilet satılmayıb.

Etirazçıların suallarına cavab verən “Türk Hava Yolları” aviaşirkətinin satış meneceri bildirib ki, vətəndaşlar yalnız səfirlikdən xəbər gözləsinlər. Yeni reys təyin olunsa, onlarla əlaqə saxlanılacaq.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*