Azərbaycan Respublikası Hərbi Dəniz Donanmasının 2 gəmisi İranın Ənzəli limanına yan alıb.
KONKRET.az ILNA-ya istinadla xəbər verir ki, “G-122” və “G-124” adlı 2 gəmi və 66 nəfərlik şəxsi heyət Dəniz Kuboku yarışlarında iştirak edəcək.
Yarışlara Xəzəryanı ölkələr – Rusiya, İran, Qazaxıstan və Azərbaycan Respublikası qatılacaq.
Beynəlxalq turnirdə 400-ə yaxın hərbi idmançı iştirak edəcək.
