Telefon və digər cihazların gömrük rəsmiləşdirilməsi zamanı niyə yüksək qiymət təyin edilir?backend

Telefon və digər cihazların gömrük rəsmiləşdirilməsi zamanı niyə yüksək qiymət təyin edilir?

Xaricdən gətirilən mobil telefonların və digər əşyaların gömrük rəsmiləşdirilməsi ilə bağlı narazılıqlar son dövrlər müzakirə mövzusuna çevrilib. Vətəndaşların iddialarına görə, xaricdən aldıqları telefonu qəbz əsasında gömrük orqanlarına təqdim etsələr də, cihazın rəsmiləşdirilməsi zamanı daha yüksək qiymət əsas götürülür. Bunun səbəbi kimi həmin məhsulun Azərbaycan bazarındakı qiymətinin nəzərə alınması göstərilir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, ümumiyyətlə bu, ciddi problemdir.

O qeyd edib ki, bu hal avtomobildə, elektrotexnikada da yaşanır: “Gömrük özü daxili qaydalarına uyğun olaraq qiymət təyin edir, bu, qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Gömrüyə o səlahiyyət verilibsə də, əlindən alınmalıdır. Gömrüyün qiymət təyin etmək hüququ olmamalıdır. Gömrük onlara təqdim olunan sənədlərlə bağlı, saxtakarlıq cəhətdən şübhə yaranırsa, məhkəməyə müraciət edib məhkəmə qaydasında cəza tələb edə bilər, ancaq özündən qiymət tələb edə bilməz. Bu, birinci dəfə deyil, minlərlə belə faktlar var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*