Azərbaycanın daha bir taekvondoçusu dünya çempionatında medal qazandıbackend

Azərbaycanın daha bir taekvondoçusu dünya çempionatında medal qazandı

Azərbaycan yığması Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə taekvondoçular arasında dünya birinciliyində daha bir medal qazanıb.

KONKRET.az-ın məlumatına görə, mundialın üçüncü günündə millinin üzvü Fuad Məhərrəmli bürünc mükafata sahib olub.

45 kq çəki dərəcəsində mübarizə aparan idmançı mübarizəyə 1/32 finaldan başlayıb. O, ardıcıl olaraq Əhməd Əl-Rababaanı (İordaniya) və Karlo Olyeviçi (Xorvatiya) hər iki raundda məğlub edərək 1/8 finala yüksəlib. Məhərrəmli növbəti mərhələyə döyüş keçirmədən vəsiqə qazanıb. Buna Tayvandan olan Vey-Juan Vanqın döyüşə çıxmaması səbəb olub. Təmsilçimiz 1/4 finalda qazaxıstanlı Beket Bolatulini sınağa çəkib. Gərgin keçən görüşdə Məhərrəmli rəqibinə üçüncü raundda qalib gəlib.

O, yarımfinalda Minq-yu Kimlə (Cənubi Koreya) üz-üzə gəlib və bu dəfə dayanqdan rəqib üstün ayrılıb. Nəticədə Fuad Məhərrəmli dünya birinciliyini üçüncü yerdə başa vurub.

Bu, Azərbaycan yığmasının mundialda qazandığı ikinci medal olub. Məhərrəmlidən öncə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*