“Azərbaycanın daxilində istənilən status Qarabağ üçün qəbuledilməzdir” – Babayanbackend

"Azərbaycanın daxilində istənilən status Qarabağ üçün qəbuledilməzdir" - Babayan

“Azərbaycanın daxilində istənilən status “Arsax” üçün qəbuledilməzdir”.

KONKRET.az xəbər verir ki, bu barədə qondarma qurumun “xarici işlər naziri” David Babayan öz Facebook səhifəsində yazıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevin dünənki müsahibəsinə öz xislətinə məxsus münasibət bildirib.

“Yaxşı, burada nə demək olar? Detallara varmağın mənası yoxdur. Yalnız aşağıdakıları deyim. Yaxşı, ilk növbədə, Əliyevə səmimiyyətinə görə təşəkkür etmək istəyirəm. Həqiqətən də, nə Azərbaycan, nə də onun rəhbərliyi heç vaxt “Arsax”la bağlı planlarında hiyləgər və ya aldadıcı olmayıblar. İkincisi, doğrudan da Qarabağın Azərbaycanın tərkibində heç nəyi olmayacaq, çünki Qarabağın özü olmayacaq. Bundan əlavə, “Arsax”ın özü üçün Azərbaycan daxilində istənilən status qəbuledilməzdir. Necə ola bilərdi ki, yəhudilər nasist Almaniyası daxilində hər hansı inzibati-ərazi statusuna malik olsunlar?”, – deyə o çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*