Azərbaycanın ən yaşlı bölgələri hansılardır? – ARAŞDIRMAbackend

Azərbaycanın ən yaşlı bölgələri hansılardır? - ARAŞDIRMA

İqtisadçı Rövşən Ağayev ölkənin ən yaşlı bölgələrini araşdırıb.

KONKRET.az iqtisadçının araşdırmasına istinadən xəbər verir ki, Azərbaycan əhalisinin 7,2%-i 65 və yuxarı yaşda insanlardır.

Analitik bildirib ki, bölgələr üzrə mənzərə fərqlidir: “Həmin göstərici Tərtər üzrə 12%, Gədəbəy üzrə 9% ətrafındadır: “Gəncə, Bakı, Qazax, Naftalan, Kəlbəcər üzrə 8-9% intervalında dəyişir.

Ən aşağı göstərici Abşeronda (3.5%), Yardımlı (5%),Cəlilabad (5,1%), Neftçala (5,2%).

Yaşlı əhalinin payına adətən iki amil təsir edir. Bu amillərdən biri ölkədə yüksək təbii artım səbəbindən aşağı yaş qrupundan əhalinin daha yüksək çəki qazanmasıdır.

Digər amil isə əhalinin 65 yaşdan sonrakı orta ömür müddətinin aşağı olması ilə bağlıdır.

Yaşlı əhalinin xüsusi çəkisi əsasən ölkənin Aran rayonlarında və cənub bögəsində aşağıdır – 5-6% intervalında”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*