Azərbaycanın Qazaxıstandakı səfirliyi önündə dəstək aksiyası keçirilibbackend

Azərbaycanın Qazaxıstandakı səfirliyi önündə dəstək aksiyası keçirilib

Qazaxıstanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək aksiyası keçirilib.

KONKRET.az-ın Qazaxıstan və Mərkəzi Asiya ölkələri bürosu xəbər verir ki, tədbir Nur-Sultan şəhərində Azərbaycan səfirliyi önündə baş tutub.

Qeyd edək ki, sentyabrın 27-də erməni silahlı qüvvələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyadan atəşə tutub. Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın hərbi hissələrin ön xətti də atəşə tutulub. Eyni vaxtda Ağdam, Füzuli, Cəbrayıl istiqamətindən düşmənin silahlı qüvvələrinin cəmləşməsi müşahidə olunub və onların hücuma hazırlaşdığı müşahidə edilib. Əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirib. Əks-hücum əməliyyatı nəticəsində Azərbaycanın bir sıra əraziləri işğaldan azad edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*