Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcəkbackend

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, “Mehr” agentliyinin məlumatına görə, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün parlamentin açıq iclasında çıxışı zamanı deyib.

“Bizim neft satmadığımız regionda heç bir başqa tərəf də neft sata bilməyəcək”, – deyə o qeyd edib.

Məhəmməd Baqir Qalibaf əlavə edib ki, İranın təhlükəsizliyi təmin edilmədiyi təqdirdə heç bir infrastruktur təhlükəsiz olmayacaq.

O, İran İslam Respublikasına qarşı istənilən təcavüz və ya avantürizm aktına cavabın sərt, sürətli və dəqiq olacağını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*