Azərbaycanın Rusiyadakı Səfirliyi: “Soydaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur”backend

Azərbaycanın Rusiyadakı Səfirliyi: "Soydaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur"

Cari ilin 12-13 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı toqquşma ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə bu ölkədə yaşayan soydaşlarımızdan çoxsaylı müraciətlər daxil olmaqdadır.

Səfirliyin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, sözügedən müraciətlərdə onlar son hadisələrlə əlaqədar öz ciddi narahatlıqlarını ifadə edir, Azərbaycanın ordu sıralarına qatılmaq üçün səfirlikdən köməklik və dəstəyin göstərilməsini xahiş edirlər.

Səfirlik tərəfindən Rusiya vətəndaşları olan həmvətənlərimizə göstərdikləri vətənpərvərlik və qətiyyətli mövqeyə görə təşəkkür edilərək, hazırda orduya əlavə canlı qüvvənin cəlb edilməsinə ehtiyacın olmadığı bildirilib. Vurğulanıb ki, Azərbaycan müasir silahlı qüvvələrə malikdir və qüdrətli ordumuz Ali Baş komandanın əmri ilə istənilən hərbi tapşırığı yerinə yetirməyə və işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*