Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının “kölgə oyunçusu” kimdir? – Gürcü analitikdən İLGİNC AÇIQLAMAbackend

Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının “kölgə oyunçusu” kimdir? – Gürcü analitikdən İLGİNC AÇIQLAMA

Aİ Qafqaz regionunda tam hegomon deyil, həmçinin Aİ daxilində bir sıra ölkələr arasında ciddi rəqabət var”.

KONKRET.az xəbər verir ki, bu sözləri gürcü analitik Kaxa Qoqolaşvili deyib.

Onun sözlərinə görə, Böyük Britaniya həm Aİ daxilində, həm də digər regionlarda daha böyük təsirə malik olmaq istəyir və həm Mərkəzi Asiya, həm də Cənubi Qafqazda yeni “şəbəkələr” yaratmağa çalışır.

Təhlilçinin fikrincə, təbii ki, belə proseslər tərəfdaş ölkələr vasitəsilə yaranır.

“Azərbaycan Böyük Britaniya üçün Cənubi Qafqazda elə bir ölkədir ki, onun vasitəsilə proseslər yaranır və Britaniya lazımi təsirləri əldə edir. Üstəlik, bu, həm də Ermənistanla münasibətlərin aktivləşməsi ilə baş verir, halbuki burada Azərbaycanın bu ölkə üçün tamam başqa mövqeyi və yeri var. Bütün vasitəçi və maraqlı ölkələrin əsas marağı regiondan keçən boru kəmərləridir. Məhz bu halda Britaniya onlarla maraqlanır. Lakin bundan əvvəl, təbii ki, Rusiya və İranın bölgədəki rolunun azaldılması məqsədi də əsas məsələdir”, – analitik bildirib.

Kaxa Qoqolaşvili sülh prosesinin rəsmi olaraq vasitəçisiz olduğunu istisna etmir, lakin kölgə təsirləri, kölgə oyunçuları var ki, onlardan biri, bəlkə də əsası Böyük Britaniya ola bilər.

“Məhz buna görə də Böyük Britaniya sülh sazişinin imzalanmasının mümkün şərtlərini Aİ-dən və ya məsələn, Azərbaycanın təsadüfən deyil, intensiv şəkildə rədd etdiyi Fransadan daha çox bilir ki, bu da daxili münasibətlər çərçivəsində başa düşülməlidir. ATƏT-in Minsk Qrupunun fəaliyyətinin uğursuzluğu ucbatından vasitəçilər institutunun iflasa uğraması, müharibədən sonra effektiv vasitəçiliyin həyata keçirilməsinin mümkün olmadığı aydındır. Yeri gəlmişkən, nə ABŞ, nə Aİ, nə Rusiya, nə Almaniya, nə Fransa bunu bacardı. Bəlkə də onların heç biri həqiqətən də hadisələrə və qərarlara görə məsuliyyət daşıyaraq vasitəçilik etmək istəməyib”, – Kaxa Qoqolaşvili deyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*