Azərbaycanla Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalandıbackend

Azərbaycanla Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalandı

Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.

KONKRET.az xəbər verir ki, sənədi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imzalayıblar.

Bundan başqa, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş də imzalanıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkəndə dövlət səfərindədir. Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*