Azərbaycanlı alimdən SOS: “Bir çox ərazilər su altında qalacaq”backend

Azərbaycanlı alimdən SOS: “Bir çox ərazilər su altında qalacaq”

“Davam edən qlobal istiləşmə mövcud ekosistemdə ciddi neqativ dəyişikliklərə gətirib çıxaracaq”.

KONKRET.az xəbər verir ki, bunu coğrafiya elmləri doktoru Səid Səfərov qlobal istiləşmənin təhlükəli gözləntilərindən danışarkən deyib.

S.Səfərov bildirib ki, temperaturun artması ilə planetin bütün iqlim şəraiti də dəyişir – ekstremal təhlükəli hadisələrin təkrarlanması artır, təbii zonaların yerdəyişməsi baş verdiyindən bitki və heyvanlar məhv olur:

“Qlobal istiləşmənin ən təhlükəli təzahürlərindən biri temperaturun yüksəlməsi nəticəsində buzlaqların əriməsidir ki, nəticədə dünya okeanı və dənizlərdə suyun səviyyəsinin qalxması bir çox ərazilərin su altında qalmasına səbəb olacaq. Bundan başqa, buzların əriməsi nəticəsində yaranan külli miqdarda şirin su kütləsi okean sularının duzluluğunu kəskin şəkildə dəyişə bilər ki, bu da ekosistemdə ciddi
dəyişikliklərə, o cümlədən biomüxtəlifliyin kəskin azalmasına gətirib çıxara bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*