Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ZİYARƏT ETDİLƏR – FOTObackend

Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ZİYARƏT ETDİLƏR - FOTO

Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər.

KONKRET.az xəbər verir ki, Avronest PA-nın İrəvanda keçirilən Büro iclasında azərbaycanlı deputatlar da iştirak edir. Bu gün deputatlar Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda 1765-66-cı illərdə tikilmiş Göy məscidi ziyarət ediblər.

“Bildiyimizə görə, bu, İrəvanda indiyədək qalmış yeganə Azərbaycan abidəsidir.  Divarlarında başqa dövlətin yazılar var, ancaq divarlar, memarlıq və ruh yalnız bizə məxsusdur. İnanırıq ki, bu məscidin əsl sahibləri tezliklə burada öz namazlarını qılacaqlar. Azərbaycanlıların isə duaları həmişə xeyirxahdır və sonunda qəbul olur”, – deyə deputatlar bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*