Azərbaycanlı deputatların qaldığı otelin qarşısında aksiya keçirən ondan çox erməni gənc saxlanıldı – VİDEObackend

Azərbaycanlı deputatların qaldığı otelin qarşısında aksiya keçirən ondan çox erməni gənc saxlanıldı - VİDEO

İrəvanda azərbaycanlı deputatların qaldığı otelin qarşısında etiraz aksiyası keçirən ondan çox gənc saxlanılıb.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, dünən və bu gün İrəvanda Avronest Parlament Assambleyasının toplantısı baş tutub. İclasda Azərbaycan nümayəndələri də iştirak edib.

Azərbaycanlı deputatların Ermənistana gəlişinə bir qrup erməni etiraz edərək, onların yerləşdirildikləri “Marriot” mehmanxanasının qarşısında aksiya keçiriblər. Otelin qarşısına həm də çoxlu sayda polis və təhlükəsizlik qüvvələri cəlb edilib.

Həddini aşan aksiya iştirakçılarının artıq on nəfərdən çoxu saxlanılıb.

Həmin görüntüləri təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*