Azərbaycanlı futbolçu “Bursaspor”dan rəsmən ayrıldıbackend

Azərbaycanlı futbolçu “Bursaspor”dan rəsmən ayrıldı

Türkiyənin “Bursaspor” klubu Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərovla yollarını rəsmən ayırıb.

KONKRET.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin müqaviləsi ləğv edilib.

Onun sözləşməsinin ləğvi Türkiyə Futbol Federasiyasında qeydə alınıb.

Qeyd edək ki, Namiq Ələsgərov “Bursaspor”la ötən ilin yayında 2+1 illik müqavilə imzalamışdı. “Timsahlar” II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən əcnəbi oyunçularla yollar ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*