Xəbər verdiyimiz kimi, böyrək çatışmazlığından əziyyət çəkən aktyor Azər Baxşəliyev xəstəxanaya yerləşdirilib.
KONKRET.az xəbər verir ki, həyat yoldaşı Nigar Seyid onunla bağlı paylaşım edib.
O, birlikdə olan fotolarını və Azərə yazdığı “Oyanıb mənə yazacaqsan. Darıxıram, Azik. Çox” mesajı paylaşıb. Nigar “Oyanmadın” şərhini yazıb.
Qeyd edək ki, Azər illərdir böyrək çatışmazlığından əziyyət çəkir. O, bir müddət əvvəl əməliyyat olunmuş, anası ona böyrəyini vermişdi. Aktyor ikinci əməliyyata hazırlaşırdı. Ötən gün Azərin ölüm xəbəri yayılmışdı. Onun ürəyinin dayandığı, daha sonra həkimlər tərəfindən ürək fəaliyyətinin bərpa olunduğu bildirilib.
A.Baxşəliyev “Ağsaqqal” obrazı ilə tanınıb.