“Azəriqaz”: Bu ərazilərdə qazın verilişi dayandırıldıbackend

“Azəriqaz”: Bu ərazilərdə qazın verilişi dayandırıldı

Bakının Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən taxta məmulatlarının emalı sexində baş vermiş yanğın səbəbindən bir qrup abonentə təbii qazın verilişi müvəqqəti dayandırıb.

KONKRET.az bildirir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov sosial şəbəkə hesabında məlumat verib.

“Təhlükəsizlik tədbiri olaraq, fəsadlar aradan qaldırılana qədər Bakı Regional Qaz İstismarı Departamenti bir qrup abonentin qaz təchizatını müvəqqəti dayandırıb”, – “Azəriqaz”ın sözçüsü yazıb.

Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*