“Azəriqaz” əməkdaşlarının vətəndaşa yazdıqları böyük məbləğdə gizli cəriməsi – ŞOK FAKTLARbackend

“Azəriqaz” əməkdaşlarının vətəndaşa yazdıqları böyük məbləğdə gizli cəriməsi - ŞOK FAKTLAR

“Azəriqaz” İstehsalat Birliyi Abşeron rayonu, Digah qəsəbəsində vətəndaş Pənah Tacəddin oğlu Dəmirova xeyli miqdarda cərimə yazıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Pənah Dəmirov məhkəmədə “Azərqaz” İstehsalat Birliyinə qarşı iddia qaldıb.

O, iddia tələbində göstərib ki, Abşeron rayonu, Digah qəsəbəsi, H.Cavid küçəsi, 2 saylı evdə ailəsi ilə birlikdə yaşayır. Evdə quraşdırılan qaz sayğacının kartı vasitəsi ilə müəyyən pul məbləği yükləmək istəyərkən kartın blokda olduğunu bilib.

Bakı regional qazın satışı departamentinə müraciət etdikdə, ona sayğacdan kənar qaz xəttindən istifadə etdiyinə görə 2 dəfə akt yazıldığını və bu aktlara görə 2154,4 manat borcu olduğunu bildiriblər.

Pənah Dəmirov qeyd edib ki, onun aktlardan xəbəri olmayıb, akt tərtib edilərkən onun iştirakı təmin edilməyib.

Qeyd edib ki, 6 mart 2019-cu ildə evində quraşdırılan sayğac mənfidə işlədiyi üçün yenisi ilə dəyişdirilib. Ona sayğacda 746,4 manat borc yazıldığı və ödəməli olduğu bildirilibr. O, əlavə qaz xəttindən istifadə etməyib.

Həmçinin, evinə heç baxış da keçirilməyib, hesabat müddətləri də üst-üstə düşmür. O, iddiasının təmin olunmasını istəyib.

Pənah Dəmirovun bu iddia ərizəsi Abşeron rayon Məhkəməsində araşdırılıb. Məhkəmə belə nəticəyə gəlib ki, “Azəriqaz” əməkdaşlarının yazdıqları böyük məbləğdə cərimə əsassızdır. Hakim qurumun yazdığı 2154,4 manat borcu ləğv edib.

Müyyən olunub ki, vətəndaşın “Azəriqaz”a 697,6 manat olub. Qətnaməyə əsasən, qeyd olunan məbləğdə pul və 30 manat dövlət rüsumu vətəndaş Pənah Dəmirovdan tutulmalıdır.

Bundan sonra Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edən Pənah Dəmirov birinci instansiya məhkəməsinin çıxardığı qətnamədən narazı qalıb. O, qeyd edib ki, sayğaca müdaxilə etməyib, Abşeron rayon Məhkəməsində müəyyən olunan məbləğdə onun üzərindən götürülməlidir.

Hakim Şəmsəddin Abasovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayəti araşdırılıb, sonda iddiaçının şikayəti qismən təmin olunub.

“Azəriqaz” əməkdaşlarının vətəndaşa yazdıqları cərimə tamamilə silinib.

Fariz Məlikli

Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*