Azıx mağarası işğal zamanı silah anbarı olub…backend

Azıx mağarası işğal zamanı silah anbarı olub...

Təəssüf ki, insanlığın beşiklərindən biri sayılan Azıx mağarası Ermənistan işğalı zamanı silah anbarı kimi istifadə olunub.

KONKRET.az Report-a istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Şuşada keçirilən “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunda deyib.

Xidmət rəisi azad olunan ərazilərdə işğal zamanı mədəni irsə vurulan zərbələrdən bəhs edib:

“Ağdam şəhəri elə bir hala salınıb ki, biz oranı “Azərbaycanın Hiroşiması” adlandıra bilərik. Füzulidə, demək olar ki, yararlı vəziyyətdə qalan tikili yoxdur”.

Səbinə Hacıyeva bildirib ki, işğaldan azad olunduqdan sonra Xudavəng monastırı ilə bağlı araşdırmalar aparılıb, arxeoloji məlumatlar öyrənilib:

“Bu məşhur kilsə işğal dövründə saxtalaşdırılıb, arxeoloji artefaktlar ərazidən çıxarılıb. Biz bu dağıntılara qarşı etiraz etməyə çalışmışıq. Ən dəhşətli hal isə divarlardakı freskaların kəsilib oğurlanmasıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*