Bu gün saat 17:30 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “28 may” Neft-Qaz Çıxarma İdarəsinin elektrik montyoru Qürbət Abusələddin oğlu Rəsulov iş yerində yüksək gərginlikli elektrik xəttinin altına düşərək dünyasını dəyişib.
KONKRET.az-ın məlumatına görə, “MediaPost” bu barədə “Azneft”ə istinadən xəbər verir.
Məlumata görə, faktla bağlı İstehsalat Birliyində komissiya yaradılıb, hadisənin baş vermə səbəblərini araşdırır. Nəticələr barədə əlavə məlumat veriləcək.