“Azov” alayının 800 döyüşçüsü hələ də Rusiyada əsirlikdədir” – Kravçenkobackend

"Azov” alayının 800 döyüşçüsü hələ də Rusiyada əsirlikdədir" - Kravçenko

Azov alayının 800-ə yaxın hərbçisi hələ də Rusiya əsirliyindədir, onlardan 40-dan çoxu qadın, bəziləri hamilədir.

KONKRET.az xəbər verir ki, bu barədə “Azov” patronaj xidmətinin əsirlər və onların ailələri ilə iş şöbəsinin müdiri Olqa Kravçenko məlumat verib.

“Çıxan əsirlərdə anoreksiyanın, mənəvi və psixoloji tükənmənin demək olar ki, 90%-nin ifrat mərhələsini elə bir mərhələdə gördük ki, sadəcə şok olduq. Yaralılarda bütün qəlpələr içəridə qalıb. Vətərlərin qırılması, görmə orqanlarının itirilməsi kimi xəsarətlər var”, – deyə Kravçenko bildirib.

Əsirlikdə olan hamilə qadınlara lazımi tibbi yardım göstərilməyib. Qadınlar nəzarət edilən əraziyə aparılmalıdır.

Onun sözlərinə görə, əsirlikdə çoxlu qocalar qalıb. Döyüş xəsarətləri ilə yanaşı, onların xroniki xəstəlikləri də var.

“Biz əsir düşən hərbçilərin sağlamlıq vəziyyətində böyük fərq görürük. BMT missiyası və Qırmızı Xaç bizim əsirlərimizə çıxış imkanına malik olmalıdır, lakin bu baş vermir. Çünki qarşı tərəf onları içəri buraxmır”, – deyə Kravçenko vurğulayıb.

O bildirib ki, hazırda əsirlikdən qayıdan əsgərlərlə müsahibə aparmaq mümkün deyil.

“İndi elə bir mərhələdir ki, biz ancaq onların dediklərini dinləyə bilirik. Sual verəndə döyüşçülər əyilib deyirlər ki, heç nə xatırlamırlar. Döyüşçülərimiz hələ belə dialoqa hazır deyillər”, – Kravçenko bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*