Bağçalara işə qəbul üzrə müsabiqənin qiymətləndirmə çərçivəsi hazırlandıbackend

Bağçalara işə qəbul üzrə müsabiqənin qiymətləndirmə çərçivəsi hazırlandı

2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin qiymətləndirmə çərçivəsini müəyyən edən sənədlər toplusu hazırlanıb.

Bu barədə KONKRET.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sənədlər toplusu məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub. Məlumat kitabçasında namizədlərin müsabiqəyə hazırlığına kömək məqsədilə müxtəlif fənlər üzrə əsas mövzular verilib. Çərçivə sənədi ilə Təhsil İnstitutunun saytında tanış olmaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*