Bu gün saat 13:15-də uçması planlaşdırılan Bakı-Almatı reysi təxirə salınıb.
KONKRET.az xəbər verir ki, reysin təxirə salınma səbəbləri məlum olub. Belə ki, “Air Astana” şirkətinə məxsus təyyarənin benzin nasosunda və bir mühərrikində ciddi nasazlıq aşkarlanıb. Bununla əlaqədar olaraq sərnişinlər evlərinə yola salınıb. Uçuşun sabah bərpa ediləcəyi deyilsə də, dəqiq vaxt açıqlanmayıb.
Gül Qədirli
KONKRET.az
