Bakı hava limanında gərginlik: “Buta Airways”in təyyarəsi havaya qalxa bilmədi – FOTObackend

Bakı hava limanında gərginlik: "Buta Airways"in təyyarəsi havaya qalxa bilmədi - FOTO

Bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan “Buta Airways” şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib.

KONKRET.AZ “Report”a istinadən xəbər verir ki, “Embraer 190” markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub.

Uçuşun baş tutmaması texniki səbəblərlə əlaqələndirilib.

Sərnişinlərdən əlavə məlumat verilənədək göyərtədə gözləmələri xahiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*