Böyük Britaniya Azərbaycanla Ermənistan arasında münasibətlərin nizama salınması prosesini dəstəkləyir.
KONKRET.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.
“Nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin delimitasiyası münasibətlərin qurulmasında müsbət tendensiyadır. Böyük Britaniya bu prosesi yüksək qiymətləndirir və dəstəkləyir”, – səfir qeyd edib.
