“Bakı-Naxçıvan və Naxçıvan-Bakı” istiqamətinə bilet alanların DİQQƏTİNƏ!backend

“Bakı-Naxçıvan və Naxçıvan-Bakı" istiqamətinə bilet alanların DİQQƏTİNƏ!

“Bakı-Naxçıvan və ya Naxçıvan-Bakı istiqamətində bilet alındıqdan sonra TƏBİB-in xüsusi laboratoriyasında sərnişin barədə məlumat çıxacaq”.

KONKRET.az-ın məlumatına görə, bunu operativ qərargahın brifinqində Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev pandemiya dövründə AZAL-ın itkisi barədə məlumat verərkən deyib.

O bildirib ki, bundan sonra AZAL-ın baza sistemi TƏBİB-in bazası ilə əməkdaşlıq edəcək:

“Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətinə bilet alan Azərbaycan vətəndaşları dövlət hesabına COVID-19 testindən keçəcək. Bu testlər 48 saat müddətinə qüvvədə qalacaq. Onu da xatırladım ki, reyslər başlamazdan 72 saat qabaq bilet satışı dayandırılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*