Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı minik maşını yoldan çıxaraq su kanalına aşıb.
Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
