Bakı Qızlar Universitetinin tələbələri digər universitetlərə köçürüləcəkbackend

Bakı Qızlar Universitetinin tələbələri digər universitetlərə köçürüləcək

Bakı Qızlar Universitetinin tələbələri digər universitetlərə köçürüləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib.

“Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək”, – məlumatda bildirilib.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, akkreditasiya prosesinin əsas məqsədi ali təhsildə keyfiyyətin təmin edilməsi, tələbələrin hüquqlarının qorunması və ali təhsil müəssisələrinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasının təmin edilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*