Dünən gecə saatlarında Bakı-Quba yolunun Zarat qəsəbəsi istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verməsi haqqında məlumat yaymışdıq. Hadisə yerində 4 nəfər dünyasını dəyişmiş, daha iki nəfər isə xəsarət almışdı.
Hadisə yerinə gələn xilasedicilər texnikanın köməyi ilə cəsədləri maşından çıxaraq aidiyyəti qurumlara təhvil veriblər. Bundan sonra ölənlərin ikisinin kimliyi məlum olub. KONKRET.az-ın şimal bölgə müxbirinin məlumatına görə, onlardan biri, “LADA”nın sürücüsü 1979-cu il təvəllüdlü, Xaçmaz şəhər sakini İsmayılov Hüseyn Səfərəli oğlu, digəri isə “Mercedes”in sürücüsü Quliyev Səbuhi Çingiz oğludur. Digər 2 nəfərin kimliyinin müəyyən edilməsi istiqamətində müvafiq işlər aparılır.
Xatırladaq ki, yaralılar – Xaçmaz rayonu, Qarabağlı kənd sakinləri, 1958-ci il təvəllüdlü Mehriban Vəliyeva və onun nəvəsi Sevgi Vəliyeva Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.