Bakı və Gəncədə iki qız itkin düşübbackend

Bakı və Gəncədə iki qız itkin düşüb

Bakıda 16 yaşlı qız itkin düşüb.

KONKRET.az xəbər verir ki, hadisə fevralın 22-də paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, Əliyeva Xanım Təvəkkül qızı polisə müraciət edərək onunla birlikdə yaşayan 2008-ci il təvəllüdlü qızı Həziyeva Elnurə Həzi qızının itkin düşdüyünü bildirib.

Ana ərizəsində qızının fevralın 22-si saat 00:30 radələrində naməlum istiqamətə getdiyini, evə qayıtmadığını bildirib.

Gəncə şəhərində isə 18 yaşlı qız itkin düşüb. Şəhər sakini Bayramov Bəhruz Nurəddin oğlu polisə müraciət edərək onunla birlikdə yaşayan övladı – 2006-cı il təvəllüdlü Bayramova Ləman Bəhruz qızının fevralın 16-da gecəyarı yaşadığı evdən çıxıb, geri qayıtmadığını bildirib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*